https://news.day.az/azerinews/1837995.html Ana ölümü şəhərdə artıb, kənddə azalıb - HESABAT 2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib. Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1-dək artıb.

Ana ölümü şəhərdə artıb, kənddə azalıb - HESABAT

Azərbaycanca, 29 мая 2026 11:40 (UTC +04:00) 303
Ana ölümü şəhərdə artıb, kənddə azalıb

2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib.

Day.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1-dək artıb. Kənd yerlərində isə bu göstərici 43.4-dən 31.7-dək azalıb.

Hesabatda, həmçinin körpə ölümləri ilə bağlı da məlumat var. Məlumata görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-dək artıb oğlanlarda 14.8-dən 14.3-dək azalıb. Bütövlükdə oğlan uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir.

2025-ci ildə 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Onlardan 728-i oğlan, 584-ü isə qız olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости