https://news.day.az/azerinews/1838421.html “Peşə seçimi” testlərinə qeydiyyat BAŞLAYIR İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün "Peşə seçimi" testi keçiriləcək. Bu barədə Day.Az-a DİM-dən məlumat verilib. Bildirilib ki, Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.

“Peşə seçimi” testlərinə qeydiyyat BAŞLAYIR

Azərbaycanca, 1 июня 2026 12:39 (UTC +04:00) 238
“Peşə seçimi” testlərinə qeydiyyat

İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün "Peşə seçimi" testi keçiriləcək.

Bu barədə Day.Az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, "Peşə seçimi" aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Bu testlərdən keçmək gələcək ixtisası müəyyən etməyə kömək edir. Testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости