https://news.day.az/azerinews/1838800.html Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib - FOTO Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb. Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, görüşdə "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib - FOTO

Azərbaycanca, 2 июня 2026 17:45 (UTC +04:00) 265
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, görüşdə "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Söhbət zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardımlara və mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə olunub.

  • Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости