https://news.day.az/azerinews/1841992.html Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə BAŞLAYIR - Bu tarixə qədər DAVAM EDƏCƏK Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib. Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə BAŞLAYIR - Bu tarixə qədər DAVAM EDƏCƏK

Azərbaycanca, 17 июня 2026 12:49 (UTC +04:00) 275
Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi çərçivəsində bir sıra mərhələlərə start verilib.

Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək rus bölməsi üzrə prioritet hüququ olan uşaqlar üçün prioritet əsasında məktəb seçimi, prioritet hüququ olmayan uşaqlar üçün isə müsabiqəyə qəbul prosesi həyata keçiriləcək.

Bununla yanaşı, bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan I siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqların valideynləri məktəb və müəllim seçimi ilə bağlı sorğularını yerləşdirə bilərlər.

Həmçinin 17 iyun saat 11:00-dan 17 iyul saat 11:00-dək Abşeron rayonu, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi aparılacaq.

Eyni zamanda, 17 iyun saat 11:00-dan 25 iyun saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin rus bölməsi üzrə I siniflərinə qəbul üçün müsabiqəyə qeydiyyat da açıq olacaq. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости