Yolda mübahisə etdikləri adamı taxta ilə döydülər

Kocaelinin Gebze rayonunda yol hərəkəti zamanı yaranan mübahisə davaya çevrilib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki., hadisə zamanı avtomobildən düşən 4 nəfər bir şəxsə taxta dəyənəklərlə hücum edib.

Zərbələrdən yerə yıxılan şəxsi şübhəlilər döyməyə davam edib. Hadisə ətrafdakı bir nəfər tərəfindən mobil telefonla lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

Polis görüntülər əsasında araşdırma başladaraq 4 şübhəlini saxlayıb.

Döyülən şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.