https://news.day.az/azerinews/1848286.html
Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş - 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək".
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре