https://news.day.az/azerinews/1848858.html
ABŞ-nin Pakistandakı baş konsulluğu bağlanıb
ABŞ-nin Pakistanın Pişəvər şəhərində yerləşən baş konsulluğu fəaliyyətini tam dayandırıb. Bu barədə diplomatik nümayəndəliyin rəsmi "X" səhifəsindəki bəyanatında qeyd edilib.
ABŞ-nin Pakistandakı baş konsulluğu bağlanıb
ABŞ-nin Pakistanın Pişəvər şəhərində yerləşən baş konsulluğu fəaliyyətini tam dayandırıb.
Bu barədə diplomatik nümayəndəliyin rəsmi "X" səhifəsindəki bəyanatında qeyd edilib.
"Xeybər-Paxtunxva əyaləti ilə diplomatik qarşılıqlı fəaliyyətlə bağlı səlahiyyətlər ABŞ-nin İslamabaddakı səfirliyi yanında əyalət üzrə işlər şöbəsinə (KPU) ötürülüb", - deyə bəyanatda bildirilib.
ABŞ Dövlət Departamenti Pişəvərdəki baş konsulluğun mərhələli şəkildə bağlanacağını mayın əvvəlində elan etmişdi. Qeyd olunub ki, bu qərar diplomatik heyətin təhlükəsizliyinin təmin edilməsi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре