Dünya KİV-in nümayəndələri cəbhəyanı əraziyə səfər edir

Day.Az представляет новость на азербайджанском языке
30-a yaxın dünya KİV-nin nümayəndələri bu gün son günlər ərzində intensiv hərbi əməliyyatların keçirildiyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə tanış olacaqlar.
Day.Az oxu.az-a istinadən bildirir ki, jurnalistlər cəbhənin Füzuli-Xocavənd, Ağdam, eləcə də Tərtər-Ağdərə istiqamətinə səfər edəcəklər.
Səfərin məqsədi dünya ictimaiyyətinə həqiqi vəziyyət barədə məlumatın çatdırılmasıdır. Bundan başqa, Ermənistan SQ-nin artilleriya atəşi nəticəsində cəbhəyanı ərazidə yaşayan azərbaycanlı əhaliyə dəyən ziyanı nümayiş etdirməkdir.
Xarici jurnalistlərin cəbhəyanı əraziyə səfərini Azərbaycan Xarici İşlər Nazirliyi təşkil edib.
Jurnalistlərin sırasında Rusiyanın "ORT" telekanalının, "Komsomolskaya pravda" qəzetinin, "İnterfaks-Azərbaycan" agentliyinin, Moskvanın "Al Jazeera" nümayəndəliyinin, "IRIPTV" İran dövlət telekanalının, CCTV Çin telekanalının, "Reuters", "France-Presse", "Associated Press" və s. informasiya agentliklərinin nümayəndələri var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре