Tramp: "Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik"

Day.Az представляет новость на азербайджанском языке
NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.
"Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-un ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin", deyə D.Tramp bildirib.
Yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Day.Az представляет новость на азербайджанском языке
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре