Bakıda 6 avtobusun hərəkəti dəyişdirilir

ay.Az представляет новость на азербайджанском языке

Paytaxtda 6 sərnişin avtobusunun hərəkəti dəyişdirilir.

Day.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı üçün həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.

 

Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.