Neftin qiyməti düşdü

Day.Az представляет новость на азербайджанском языке

Əlvan metalın qiymətində bahalaşma oldu.

Dünya birjaları, həftəyə nisbi dirçəlişlə başlayan neft qiymətində ucuzlaşma olduğunu bildirir. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti 44.61 dollara düşüb. 

"Texas" (WTI) markalı neftdə də nisbi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft ötən həftəyə nisbətən bahalaşaraq 41.78 dollar olub.



"AzəriLayt" markalı neftdə də düşüş yaşanıb. Belə ki, bu markadan olan neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 45,84 dollar təşkil edib.

Ötən həftə sonu birjalarda qızılın qiymətində görülən kəskin ucuzlaşmadan sonra bu gün qimətli metalın qiymətində bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.22 dollar olub. Gümüşün qiymətində baş vermiş nisbi bahalaşma isə satış qiymətlərində əks olunmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar qalmağa davam edir. 



Həftənin əvvəlində dolların qiymətində nisbi bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0512 AZN təşkil edib. Avropa valyutası isə həftəyə dəyər itkisi ilə başlayıb. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.113 AZN təşkil edib. Rusiya valyutasında isə cüzi ucuzlaşma olub. Dünən 1 rublun qiyməti 0.0158 AZN olaraq müəyyənləşib. 



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları - 1.0512 AZN
1 Euro - 1.113 AZN 
1 rus rublu - 0.0158 AZN

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.