Neftin qiyməti düşdü

Day.Az представляет новость на азербайджанском языке

Həftəyə nisbi dirçəlişlə başlayan neft qiymətində düşüş yaşanıb. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 44.32 dollar olub. 

"Texas" (WTI) markalı neftdə də nisbi ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 41.67 dollar olub.



"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar bahalaşaraq 46,02 dollar təşkil edib.

Ötən həftə sonu birjalarda qızılın qiymətində görülən kəskin ucuzlaşmadan sonra bu gün qimətli metalın qiymətində bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.38 dollar olub. Gümüşün qiymətində baş vermiş nisbi bahalaşma isə satış qiymətlərində əks olunmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar qalmağa davam edir. 



Həftənin əvvəlində dolların qiymətində nisbi bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0513 AZN təşkil edib. Avropa valyutası isə həftəyə dəyər itkisi ilə başlayıb. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.117 AZN olub. Rusiya valyutasında isə cüzi bahalaşma olub. Dünən 1 rublun qiyməti 0.0159 AZN olaraq müəyyənləşib. 



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 
1 ABŞ dolları - 1.0513 AZN
1 Euro - 1.1117 AZN 
1 rus rublu - 0.0159 AZN

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.