Eldar Qasımov klipdə lesbiyanlara dəstək oldu - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:
Yerli şou-biznesdən bacardıqca uzaq gəzməyə çalışan ifaçı daha çox yeni tərzdə mahnılar ifa etməklə yaradıcılığını kütlənin deyil, öz zövqünə uyğun davam etdirir.
Eldarın son çəkdirdiyi "Canım" adlı klipində də adət etdiyimiz görüntülər yox idi. Bir çox xəbər portalları Eldarın klipində görüntülənən erotik səhnələr haqda yazsa da, digər məqam diqqətlərdən yayındı. Bu məqamı isə "a24.az" tutdu. Belə ki, klipdə iki qızın dodaq-dodağa ehtiraslı öpüşü Eldarın lezbiyanlara və eynicinslilərin münasibətinə dəstək olduğunu göstərir. Bəlkə klipin təqdim olunmasının son günlər baş verən bir sıra hadisələrlə eyni vaxta düşməsi də təsadüfi deyil.
Bildiyiniz kimi, bu günlərdə Amerika Birləşmiş Ştatlarında cinsi azlıqların evlənməsinə bütün ştatlarda rəsmi icazə verildi. Qardaş Türkiyədə isə "LGBT" üzvləri şəhərə dağılışaraq mitinq keçirdilər. Bunun ardınca isə "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberg sosial şəbəkədə öz şəklini "LGBT"-nin bayrağının rənginə boyadı...
Əməkdaşımız Eldarla danışmağa çalışsa da, buna nail ola bilməyib. Əldə etdiyimiz məlumata görə, Qasımov yay tətilinə çıxaraq ölkəni tərk edib.


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре