Beytulla Hüseynov vəzifəsindən azad edildi

Day.Az представляет новость на азербайджанском языке
Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynovun həbs olunması haqda xəbər vermişdik.
"Qafqazinfo"nun bu dəqiqələrdə əldə etdiyi məlumata görə, bu gün B. Hüseynov artıq vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.
Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре