Rövnəq Abdullayev yeni müqavilənin detallarını açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Gürcüstanı 2030-cu ilədək təbii qazla təmin edəcək.

Azərbaycan daha 15 il Gürcüstanı təbii qazla təmin edəcək. SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalanan müqavilələrdən danışarkən digər məsələlərə də toxunub.

Azərbaycan Gürcüstanı 2030-cu ilədək təbii qazla təmin edəcək. SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 gün əvvəl Gürcüstanda bağlanmış yeni müqavilələrin detallarını açıqlayıb.

SOCAR-ın prezidenti gələcəkdə Gürcüstanda arta biləcək qaz tələbatının ödənilməsi məsələsinə də aydınlıq gətirib.

Rövnəq Abdullayev bildirib ki, hazırda ölkədə yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılıb.Digərlərinin qazlaşdırılması isə 2018-ci ilədək tam başa çatdırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.