https://news.day.az/azerinews/763607.html
İlhamənin oğlunun ölüm xəbəri yayıldı
İlhamənin oğlunun ölüm xəbəri yayıldı

Day.Az представляет новость на азербайджанском языке
İnternetdə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ölümü barədə xəbərlər yayılıb. Saytlardan birinin yaydığı məlumata görə, O.Nadirovun meyiti evinin qarşısında tapılıb. Şayiə xarakterli məlumat sosial şəbəkələrdə də yayılmağa başlayıb.
Musavat.com xəbəri dəqiqləşdirmək üçün xalq artistinin oğlu ilə əlaqə saxlayıb. Nadirov bildirib ki, ölüm xəbərinin yayılması gülüncdür: "Ölməmişəm, sağam. Haqqımda bu cür xəbərlərin yayılması gülüncdür. Ölüm xəbərimin yayılması barədə danışmaq istəmirəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре