26 yaşlı oğlan dərmandan zəhərləndi

Day.Az представляет новость на азербайджанском языке.

Gəncə şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Elşən Məmmədov dərman zəhərlənməsi əlaməti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Məmmədovun hansı şəraitdə və hansı dərmandan zəhərləndiyi, hələ ki, məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.