Göygöldə yol qəzası: sürücü xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Göygöl rayonunda yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, axşam saatlarında rayon sakini, 1985-ci il təvəllüdlü Firuz Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Topal Həsənli kəndində hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan yaralının cərrahiyyə əməliyyatına alındığı və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın dəqiq səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.