Qaraciyəri və öd kisəsini təmizləyən ZƏNCİROTU ŞİRƏSİ - RESEPT
Day.Az представляет новость на азербайджанском языке
Zəncirotu çox faydalı və müalicəvi bitkidir.
Day.Az saglamolun.az-a istinadən bildirir ki, zəncirotu universal bitkidir. Müalicə məqsədi ilə zəncirotunun yarpaqları, gülləri və kökləri istifadə olunur.
Zəncirotunun güllərindən çox faydalı şirə hazırlanır. Bu şirə orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, yaxşı ödqovucu təsirə malikdir.
Zəncirotunun güllərini yığın, yuyun, şüşə qabına doldurun, üzərinə şəkər tozu tökün, 4 gün sərin, qaranlıq yerdə saxlayın. Alınmış şirəni süzün və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün. Şirə qurtarandan sonra yeni porsiya hazırlayın.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре