Sürücü aldatmaq istədi: planı baş tutmadı

Day.Az представляет новость на азербайджанском языке.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda  Gürcüstan Respublikasından Azərbaycan Respublikasına  gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlamadan əvvəl nəqliyyat vasitəsində  gömrük orqanına bəyan  edilməyən hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilən sürücü  gömrükçülərə yox cavabı verib. Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı isə sürücünün gömrük əməkdaşlarını aldatmağa çalışdığı üzə çıxıb.  Belə ki, avtomobilin salonundan və mühərrik yerindən  gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstan Respublikasının aksiz markası ilə markalanan  ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.