Hadisə azərbaycanlı iştirakçıya heyran qaldı

Day.Az представляет новость на азербайджанском языке

"O səs Türkiyə" mahnı müsabiqəsinə daha bir azərbaycanlı iştirakçı qatılıb.

"Qafqazinfo" xəbər verir ki, Ozan Əhmədov səhnədə gitara ilə "Volare" mahnısını səsləndirib.

21 yaşlı iştirakçı bütün münsifləri öz tərəfinə çevirə bilib.

Ozanın "Azərbaycandan sizə salam gətirmişəm. Hər zaman yanınızdayıq, qəlbimizdəsiz" sözləri səhnədə böyük alqışla qarşılanıb.

Əhmədov Hadisə ilə yarışmaya davam etmək istədiyini söyləyib. Daha sonra azərbaycanlı iştirakçı mahnı ifa edib, Hadisə rəqs etməyə başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Нажмите на видео для просмотра:
Hadisə azərbaycanlı iştirakçıya heyran qaldı