ICPC Dünya Finalı Azərbaycanda IT sənayesinin inkişafına töhfə verəcək - Fariz İsmayılzadə

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı Azərbaycanda IT sənayesinin inkişafına töhfə verəcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ICPC Dünya Finalı 2025-nin Bakıda keçirilməsi Azərbaycana çox böyük fayda verəcək:
"Bu müsabiqə həm IT sənayesinin inkişafına, həm də təhsilin inkişafına töhfə verəcək. Burada bizim azərbaycanlı tələbələr iştirak edir, Azərbaycan şirkətləri təşkilatçılarla, sponsorlarla ünsiyyət yaradır, əlaqələr qururlar".
O vurğulayıb ki, bu müsabiqə sayəsində Azərbaycanın IT sahəsi sürətlə inkişaf edəcək.
"Həmçinin, ABŞ, Avropa, Asiyanın top universitetlərin şagirdləri, tələbələri Azərbaycana gəliblər və ölkəmizlə tanış olurlar. Gələcəkdə onlar aparıcı vəzifələrdə çalışacaqlar və onların Azərbaycanı, ölkəmizin potensialını görməsi bizim ölkəmizin həm təşviqinə, həm də IT əlaqələrinin qurulmasına imkan yaradır", - deyə F.İsmayılzadə fikrini tamamlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре