Azərbaycan-Çin əlaqələrində yeni era - Strateji müttəfiqliyə doğru

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdəki çıxışı, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və strateji tərəfdaşlıq siyasətini əks etdirən mühüm siyasi bəyanatdır.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O bildirib ki, Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişaf edir. Bu, təkcə iqtisadi deyil, siyasi və mədəni sahələrdə də sıx əməkdaşlığa əsaslanan uzunmüddətli bir ittifaqa işarədir.
"Çin kimi qlobal güclə belə bir tərəfdaşlığın qurulması, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, alternativ bazarlara çıxış və texnoloji əməkdaşlıq imkanları yaradır. Azərbaycanın Orta Dəhlizdə (Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa) mühüm tranzit ölkəsidir. Eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı, Ələt limanının genişləndirilməsi və Zəngəzur dəhlizinin perspektivləri də önəm daşıyır."
A.Qarayev qeyd edib ki, Azərbaycan özünü yalnız enerji ölkəsi kimi deyil, həm də Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzi kimi təqdim edir.
"Bu, regionun tranzit potensialını artırmaqla yanaşı, iqtisadi gəlirləri və siyasi nüfuzu artırır.Azərbaycan, Çin tərəfindən irəli sürülən qlobal inkişaf, təhlükəsizlik və sivilizasiya təşəbbüslərini, eləcə də qlobal idarəetmə təşəbbüsünü dəstəkləyir. Bu dəstək Azərbaycanın çoxqütblü dünya nizamını və beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəklədiyini göstərir. Həm də Azərbaycanın balanslı xarici siyasət yürütmək cəhdlərinin göstəricisidir."
Politoloq bildirib ki, xüsusilə Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratması və bunları nəqliyyat və iqtisadi əməkdaşlıq platformalarına çevirməsi diqqətəlayiqdir.
"Azərbaycan və Çin arasında vizasız rejimin tətbiqi və mədəni-təhsil əlaqələrinin genişlənməsi də xüsusi vurğulanıb. Bu, təkcə hökumətlərarası münasibətlərin deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına təkan verəcək. Bütün bunlar Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq, geosiyasi reallıqlara uyğun strateji addımlar atan, nəqliyyat və enerji sahəsində təşəbbüskar bir dövlət olduğunu nümayiş etdirir."
A.Qarayev bildirib ki, Prezident İlham Əliyev Çinə səfəri zamanı "PowerChina Group" şirkətlər qrupunun icraçı vitse‑prezidenti Xi Yınfen ilə görüşü də xüsusi əhəmiyyət daşıyır.
"Görüşdə yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb."
A.Qarayev qeyd edib ki, bu görüş, Azərbaycan ilə Çin arasında gedən diplomatik və iqtisadi əməkdaşlığın nə qədər strateji mövqedə olduğunu ortaya qoyur.
"PowerChina" kimi böyük şirkətlərlə yaşıl enerji və infrastruktur sahəsində baş tutan dialoq, hər iki ölkənin inkişaf strategiyalarında qarşılıqlı maraqların üst-üstə düşdüyünü göstərir.Bütün bunlar, Azərbaycanın həm Çinlə münasibətlərini möhkəmləndirməsi, həm də beynəlxalq platformalarda öz maraqlarını effektiv şəkildə irəli sürməsi baxımından əhəmiyyətlidir."
A.Qarayev qeyd edib ki, Prezidenti İlham Əliyev "China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri ilə görüşməsi Azərbaycan və Çin arasında neft-kimya sənayesi sahəsində əməkdaşlığın genişlənməsi üçün mühüm addımdır.
"CNCEC şirkətinin Azərbaycanda əlverişli investisiya mühiti olduğunu vurğulaması ölkəmizin xarici sərmayələr üçün cəlbedici olduğunu göstərir. SOCAR ilə "Seven LTD" arasında imzalanan Çərçivə Sazişi isə birgə layihələrin həm Azərbaycanda, həm də üçüncü ölkələrdə həyata keçirilməsi baxımından strateji əhəmiyyət daşıyır və əməkdaşlığın daha da dərinləşəcəyinə işarədir."
Bundan başqa Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Politoloq bildirib ki, bu görüşlər Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik çərçivəsində möhkəmləndiyini və regional inteqrasiyanın güclənməsini əks etdirir.
"Enerji və nəqliyyat sahəsində aparılan birgə layihələr, xüsusilə Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya çatdırılması, regionda enerji təhlükəsizliyinin və iqtisadi inkişafın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Qars-İğdır-Dilucu dəmir yolu layihəsi və Naxçıvanda davam edən infrastruktur işləri iki ölkə arasındakı əlaqələrin coğrafi və iqtisadi baxımdan genişlənməsini göstərir."
Sammiti çərçivəsində Prezident İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.
A.Qarayev bildirib ki, görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin müzakirəsi, Türkiyənin regional sabitlikdə oynadığı rolun yüksək qiymətləndirilməsi, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın yaradılması üçün vacibdir.
"Vaşinqton Sammitində əldə edilən müsbət dinamikanın davam etdirilməsi, region ölkələrinin və beynəlxalq tərəfdaşların birgə səyləri ilə regional rifahın artırılmasına xidmət edir. Ümumilikdə, bu dialoqlar həm qarşılıqlı əməkdaşlığı gücləndirir, həm də Cənubi Qafqazda sülh və inkişafın təmin olunması istiqamətində mühüm addımlar kimi qiymətləndirilir."
Sammit vaxtı Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə də görüşüb.
A.Qarayev qeyd edib ki, bu görüş Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
"Eyni zamanda, Azərbaycan-Ermənistan sülh prosesinə Pakistanın dəstək verməsi, bu prosesin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. İqtisadi və ticari əlaqələrin inkişafına dair müzakirələr isə iki ölkə arasında əməkdaşlığın daha geniş sahələrə yayılacağını və qarşılıqlı faydanın artacağını göstərir. Ümumilikdə, bu görüş iki dost ölkə arasındakı strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır", - deyə o qeyd edib.
Bunlardan başqa Prezident İlham Əliyev sammit çərçivəsində bəzi ölkə başçları ilə də gürüşb fikir mübadiləsi aparıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре