Bakıda səfirlik əməkdaşı qarət edildi

Day.Az представляет новость на азербайджанском языке

Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.
 
Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.
 
Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədildiyi müəyyən edilib.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.
 
Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.