40 kiloqram arıqladı, görənlər tanımadı

Day.Az представляет новость на азербайджанском языке

İllərdir artıq çəkiləri ilə mübarizə aparan aktrisa Yeşim Ceren Bozoğlu nəhayət, arzusuna çatıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 40 kiloqram arıqlayıb. Yeşim artıq çəkilərindən mədə kiçiltmə əməliyyatı sayəsində xilas ola bilib. Aktrisa indi onu görənlərin tanımadıqlarını deyib: 

"20 kiloqram pəhrizlə verdim, 20 kiloqram isə əməliyyatdan sonra atdım. Hələ 10 kiloqram da arıqlamalıyam. Özümü çox sağlam hiss edirəm". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.