Ev almaq istəyənlərə müjdə - İpotekada yeniliklər - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.
Yeni tikilən binalarla bağlı problemlər həll olunacaq.
Prezidentin fərmanı ilə Azərbaycan İpoteka Fondunun Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi ipoteka kreditləşməsində əsaslı dəyişikliklərə səbəb olacaq. Həmçinin yeni inşa edilən binalarla da bağlı bir sıra problemlər həll ediləcək.
İndiyədək 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka, 5 minə yaxın ailəyə isə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Buna baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin tələbatı hələ də tam ödənilmir. Buna görə də Prezident İlham Əliyevin fərmanı aidiyyatı qurumların üzərinə öhdəlikdir.
İpoteka Fondunun Səhmdar Cəmiyyətinə çevrilməsi nəticəsində ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resursları cəlb olunacaq. Cəmiyyət dövlət zəmanəti ilə uzunmüddətli ipoteka istiqrazları buraxacaq, daha çox vəsait kreditə veriləcək.
Fərmanda yeni tikilən binalarla bağlı da müddəalar var. Nazirlər Kabineti çoxmənzilli binaların tikintisinə və istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı bir ay müddətində təkliflər hazırlamalıdır.
Beləliklə, yeni tikilən binalardan da ipotekaya ev almaq mümkün olacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре