World of tanks çempionatını azərbaycanlı qəhrəmana həsr etdilər - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Sentyabrın 26-da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiberidman Federasiyası və "Wargaming" şirkəti tərəfindən yerli oyunçular arasında "World of tanks" üzrə Azərbaycan çempionatı keçirilib. Çempionat iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, "Absheron Marriott Baku" mehmanxanasında təşkil olunan çempionatdan əvvəl iştirakçılar arasında interaktiv müsabiqə təşkil olunub və qaliblərə hədiyyələr verilib.
Online seçim turunun yekununa görə, ən yaxşı nəticə göstərən 4 komanda çempionatın final mərhələsinə qatılıb. Kütləvi online oyun növü olan "World of tanks" bütövlükdə XX əsrin ortalarına aid zirehli maşınlara həsr edilib. "World of tanks" çempionatının yekun mərhələsi komanda (3 x 3) ilə yanaşı, fərdi yarış formatında da keçirilib. Komanda yarışlarının finalçıları 5 min manatlıq mükafat fondu uğrunda mübarizə aparıblar.
Fərdi yarışlara gəldikdə isə oyunun azarkeşləri qeydiyyatsız və ödənişsiz iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Fərdi hesabda qalib gələn şəxslər "Apple iPhone 6" (64 gb) mobil telefonu, ikinci və üçüncü yerləri qazananlar isə "Microsoft Xbox One konsol" və "Apple iPad mini 3" (16 gb) planşeti ilə mükafatlandırılıblar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре