https://news.day.az/showbiz/565710.html
Məşhur aktrisa həbs olunacaq
Day.Az представляет новость на азербайджанском языке.
Türk aktrisa Dəniz Çakıra 5 ay həbs cəzası verilib.
Anspress-in məlumatına görə, məşhur oyunçu avtomobili sərxoş halda sürdüyü üçün mühakimə olunub.
Məhkəməyə çıxarılan Çakır özünü müdafiə edərkən səhvini etiraf edib: "Spirtli içkidən istifadə etdiyimi qəbul edirəm, səhvim var. İçki qəbul etdiyi yerlə evimin arası 5 dəqiqəlik məsafədir. Səhər erkən saatda çəkilişə getməliydim. Ona görə spirtli içki içdim. 15-20 metr irəlilədikdən sonra polis tərəfindən saxlanıldım", - deyə aktrisa söyləyib.
Çakırın müdafiəsi və vəkilinin bəyanatından sonra qərarını açıqlayan məhkəmə Çakırı 6 ay həbs cəzasına məhkum edib.
Çakırın məhkəmədəki yaxşı halı nəzərə alınaraq cəzası 5 aya endirilib. Ancaq məhkəmə hökmün icrasını təxirə salıb. Belə ki, 5 il müddətində Çakır bir cinayət törətsə, aldığı həbs cəzası tətbiq olunacaq.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре