https://news.day.az/showbiz/614905.html
Oksana-Fatimə davası qızışdı: "Müsahibə verəcəm!"
Rəqassələr Oksana Rəsulova və Fatimə Fətəliyeva arasında müharibə yenə alovlanıb.
Gecce.az xəbər verir ki, Oksana "ATV-maqazin" verlişində Fatimənin mahnı oxuyub klip çəkdirməsindən danışıb. Bu isə Fatiməyə xoş gəlməyib. Oksana deyib: "Oxumağa başlayıb, hər bir qeyri-peşəkar öz üzərində işləməlidir. Mən onun oxumağını görməmişəm. Rəqqasədən müğənni ola bilər, amma o şərtlə ki, onun həqiqətən səsi var. Mən ekranda onu görəndə kanalı çevirirəm. Münasibətlərimizin necə olması artıq hamıya bəllidir və bunu özümə möhür kimi vurmuşam. Mən başqa, o başqa planetin adamına çevrilmişik. Məni onunla müqayisə etmək lazım deyil. Məndən uzaq olsun. Sonra deyəcəklər ki, Oksana paxıllıq edir. Özünü mənimlə müqayisə etməsin. Hər zaman demişəm, hind rəqsləri üzrə Azərbaycanda mən nömrə birəm. Nəinki şou-biznesdə, ondan kənarda belə rəqibim yoxdur".
Fatimə isə Oksananın efirdən barəsində dediklərinin cavabsız qoymayıb. Sosial şəbəkədə onun haqqında bunları yazıb: "Əzizlərim, xalgin gözü tərəzidir, məni onunla müqayisə etməyin. Nəyə güvənib haqqımda bunları deyir? Sənin nə 17 il peşəkar sənətdə əməyin, nə İncəsənət Universitetinin xoreoqrafiya fakültəsinin diplomu, nə mənim qədər nailliyyətlərin var. Sənin kimilər yadıma belə düşmür. Yaradıclıq və şəxsi həyatım o qədər məhsuldar və boldur ki, kiməsə efirə çıxıb söz atıb, sonradan "məndən uzaq olsun", deyəcək qədər boş vaxtım yoxdur. İnşallah, sizin də həyatınız övladlarınızla, bol işlərinizlə dolar ki, söz atmaq yadınıza düşməz. Kimin kimə söz atdığı bəlli oldu.
Qaldı mənim mahnı ifa etməyimə, mən xınayaxdı mərasimlərində oxuyuram. Mahnılardan birinə də "rolik" çəkdirmişəm. O demək deyil ki, müğənni olacam. Əsla sənətimi atmaram. Heç vaxt yerimi layiqli olmayanlara buraxmaram! ATV kanalına müsahibə verəcəm, bunları bir daha orada səsləndirəcəm. Buradan çox danışanlara demək istəyirəm, "ağıllı olun!"

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре