"Mən Azərbaycanlıyam" 2-ci bədii qiraət müsabiqəsi olub – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Dekabrın 23-ü saat 13:30-da Azərbaycan Dövlət Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 2-ci bədii qiraət müsabiqəsi keçirilib.
 

Müsabiqənin əsas təşkilatçıları Hicaz Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Konservatoriya daxilində İncəsənət Gimnazıyasıdır.

Tədbir musiqi proqramı ilə başladı.Aparıcı Elməddin Məmmədovun giriş sözü ilə açılan müsabiqənin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi.Yarışmanın münsiflər heyəti qismində əməkdar artist Gülşad Baxşiyeva, əməkdar artist Ağalar Bayramov,əməkdar müəllim Ənvər Vəliyev, Sevda Teymurova, əməkdar artist Yaqut Paşazadə, xaıq artisti Ramiz Əzizbəyli və gənc aktyor Əbdül Məcidli iştirak ediblər.Şagirdlər bir-birinin ardınca ölməz sənətkarların şeirlərini səsləndirdilər. Onların hər biri münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi.
 

Ənvər Vəliyev öz çıxışında müsabiqənin təşkilatçılarına öz təşəkkürlərini bildirib: "Bu böyük təntənədir.Mən Azərbaycanlıyam kəlməsində böyük məntiq var.Hər kəs bu leytmotivi özü üçün uca tutmalıdır.Təşkilatçılara böyük təşəkkürümü bildirirəm"

Əməkdar artist Gülşad Baxşiyeva da müsabiqə barədə öz fikirlərini bildirib:"Bu cür tədbirlər uşaqları dəyərləndirməyə imkan yaradır.İndiki zamanda bu uşaqlarda bu cür şeir duyumunun olması çox böyük bir şeydir".
 

Ağalar Bayramov həmçinin hər kəsə təşəkkürünü bildirərək bu cür tədbirlərin vacibliyini vurğuladı :"Biz hamımız poeziyanın qanadalarında böyümüşük.Məhəbbətimizi şeirlə ifadə etmişik.Bu baxımdan bu gül balalar misraları mənimsəyib səhnəyə çıxıbsa bu çox tədqirəlayiqdir."
 

Müsabiqənin qalibləri elan edilməzdən əvvəl bir neçə iştirakçı həvəsləndirici diplomlarla, həmçinin münsiflər heyəti və layihədə əziyyəti keçən hər bir kəs təşəkkürnamə ilə təltif olundu.Layihənin rəhbəri və Hicaz Production-un direktoru Ayaz İlham oğlu Məmmədov İncəsənət Gimnaziyasının direktoru M.Şabanbəyova tərəfindən "Böyüməkdə olan gənc nəslin nitq mədəniyyətinin formalalaşmasındakı xidmətlərinə görə " fərmanla təltif edildi.
 

"Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsində qaliblər müvafiq şəkildə müəyyən edildi.
 

1-ci yer 60 balla Rzayeva Zəhra

2-ci yer 58 balla Abbasov Mirböyükağa

3-cü yer isə 57 balla Səfərli Cavidan
 

Stenoqram.com-a açıqlama verən layihənin rəhbəri və ideya müəllifi Ayaz Məmmədov bildirib ki, "Mən Azərbaycanlıyam" Bədii Qiraət müsabiqəsi sayca ikincidir və gələcəkdə də keçirilməsi planlaşdırılır."Bu müsabiqənin sonuncu final mərhələsi Ulu öndərimiz Heydər Əliyevin doğum gününə təsadüf edəcək.Bundan əlavə biz digər müsabiqələri də keçirəcəyik.Buna misal olaraq yazı, rəssamlıq və s. müsabiqələr."
 

Tədbirin sonunda hər kəs xatirə şəkli çəkdirdi.
 

Böyütmək üçün şəkillərə klikləyin: