Prezident İlham Əliyev: Xankəndi tələbələr şəhəri olacaq

Xankəndi tələbələr şəhəri olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib: "Çox gözəl. Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ olun".