Bu baş versə, Messinin forması yandırılacaq

Day.Az представляет новость на азербайджанском языке

Fələstin İsrail - Argentina futbol matçının Qüdsdə keçirilməsinə etiraz edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fələstin Futbol Federasiyasının prezidenti Cabril Racub həmin oyunun siyasi məqsədə xidmət etdiyini bildirib. Racub qarşılaşmanın baş tutacağı halda Argentina millisinə etiraz olaraq Lionel Messinin formasını yandıracaqlarını qeyd edib.

"Bu, yoldaşlıq oyunu deyil, siyasi xarakterə malikdir. Futbola fasişt yanaşmadır" - qurum rəhbəri deyib.

İsrail - Argentina oyunu Qüds şəhərinin Teddi Kollek stadionunda keçiriləcək. Bu stadion və ətrafı bir neçə il öncə Fələstin muxtariyyətinə aid idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.