İspanaq yemək beyini 11 il cavanlaşdırar

Day.Az представляет новость на азербайджанском языке

Mütəxəssislər bu fikirdədir ki, yarpağı olan bütün tərəvəzlər, o cümlədən: ispanaq, kiel kələmi beyini 11 il cavan saxlaya bilər.

Aparılan tədqiqatlar göstərib ki, beyin hüceyrələrinin ölməsinin qarşısını almaq üçün yemək menyususna ispanağı daxil etmək lazımdır. Yəqin ki, bir çoxlarınız ispanağın faydaları haqqında çox eşitmisiniz. Bu dəfə öyrənin ki, ispanaq beyini cavan saxlayır və qocalmağa qoymur.

Aparılan tədqiqatlar göstərib ki, ispanaq yemək beyini gücləndirər. Alimlər 81 yaşlı 950 nəfər ahıl insanın üzərində apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəlib çatıblar. Bu tədqiqatlar bir il sonra əvvəlki ildəki nəticə ilə müqayisə olunmuşdur. Alimlər bu nəticəyə gəlib çatıblar ki, o kəslər ki, həftənin iki və ya üç gününü tərəvəz yeməkləri yeyirlər, tərəvəz yeməyi yeməyənlərə nisbətən daha güclü zehnə malikdirlər. Alimlərin nəzərinə görə bu tərəvəzlər arasında ispanağın yeri xüsusidir. İspanaq tərkibində olan vitaminlərə və faydalı minerallara görə bu cür təsir qoya bilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.