Türkan Vəlizadə: "Özümü kiməsə görə pis edən deyiləm"

Day.Az представляет новость на азербайджанском языке

2018-ci ili həm uğurla, həm də xoşagəlməz avtomobil qəzasını atlatmaqla başa vuran müğənni Türkan Vəlizadə bəzi şou-binzes nümayəndələrinin aralarında baş vermiş qalmaqallara münasibət bildirib.

Day.Az xəbər verir ki, News24.Az-a danışan müğənni bildirib ki, belə halların gündəmə, efirə daşınmasının əleyhinədir:

"Olub ki, mənim də hər hansı şou nümayəndəsi ilə aramda anlaşılmamazlıq olub. Amma mən onu tamaşaçılara bildirməmişəm. Çünki belə hala xoş baxmıram. Düşünürəm ki, tamaşaçını qalmaqallarla yormaq olmaz. Elə halda onların haqlı iradlarına tuş gəliik".

Müğənni onu da bildirib ki, bəzi tanışlarının arası dəydikdə heç vaxt müdaxilə etmir və çalışır ki, hər iki tərəflə münasibətdə balansı qorusun:

"Tanıdıqlarım şou-biznes adamların münasibəti gərginləşəndə mən əsla qarışmıram. Özlərinə də bildirirəm ki, məni qatmasınlar. Çünki sabahı gün barışacaqlarına əminəm. Əgər mən qarışıb, hansınınsa tərəfini tutsam, onlar barışanda mən pis durumda qalaram. Belə hal başıma gəlib. O vaxtdan özümə söz vermişəm ki, kimsənin münasibətinə görə özümü pis edən deyiləm"! 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.