Aygün Kazımova küçədə mahnı oxudu

Xalq artisti Aygün Kazımova küçədə mahnı ifa edib.

Day.Az ölkə.az-a istinadən bildirir ki, ifaçı bu barədə videogörüntünü öz İnstaqram səhifəsində paylaşıb.

Videoda müğənni gitarada ifa edən cavan müsiqiçini müşayət edir. Görüntü Bakının mərkəzi küçələrinin birində yerləşən Opera Balet Teatrının qarşısında çəkilib.

Video qısa müddət ərzində izləyicilər tərəfindən çox bəyənilib və xalq artistinin ünvanına maraqlı şərhlər yazılıb.

"Bu qadın bu ölkənin fövqəladə hadisəsidir. Nə vaxt nə edəcəyi bəlli deyil. Sizi çox sevirəm",  "O qədər təbii, səmimi və gözəl xanımsınız. Canım Aygün xanım", - deyə izləyicilər xalq artistinə öz səmimi hisslərini bildiriblər.

Qeyd edək ki, Aygün Kazımova hər zaman novator müğənni kimi gündəmdə qalmağı bacarıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.