Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, R.Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

X X X

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.

Trend-in məlumatına görə, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.