https://news.day.az/azerinews/1193964.html Böyrək xəstəliklərini yaradan məhsul Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər. Day.Az Saglamolun.az-a istinadən  xəbər verir ki, araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.

Böyrək xəstəliklərini yaradan məhsul

Azərbaycanca, 14 января 2020 16:07 (UTC +04:00) 593
Böyrək xəstəliklərini yaradan məhsul

Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.

Day.Az Saglamolun.az-a istinadən  xəbər verir ki, araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.

Şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.

Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости