Azərbaycanlı rəssam Portuqaliyada keçiriləcək sərgidə iştirak edəcək - FOTO

Azərbaycan Respublikasının əməkdar rəssamı Mehriban Əfəndi artıq 10 ildir Avropada təsis olunmuş Surrealism Now qrupunun daimi üzvüdür və Vətəninin adını Avropada və bütün dünyada əsərləri ilə təmsil edir. Bu il Surrealism Now qrupunun yubiley ilə əlaqədar olaraq böyük beynəlxalq sərgi Arts and spectacular center CAE mərkəzində keçiriləcək.
Qeyd edək ki Surrealism Now qrupunun rəhbəri məşhur Portuqaliya rəssamı Santiaqo Ribeyrodur və 21 ci əsrin surrealism cərəyanın hərəkat etdirən bu qurum Avropanın Bissayya Barretto Fondu tərəfdən malliyələşmişdir və 2010 cu ildə ilk böyük sərgisini Coimbra çəhərində keçirtmişdi.Həmin Sərgiyə xüsusi dəvət alan rəssam Mehriban Əfəndi dünyanın 56 ən gözəl surrealist rəssamı kimi seçilərək öz Mugam adlı əsərini nümayiş etdirmişdi.
CAE nərkəzinin qalereyasında Aprelin 24 dən İyun ayının 26 dək keçiriləcək Dünyanın ən böyük surrealizm sərgisində heykəltəraşlıq foto dizayn qrafika və rənkarlıq nümünələri nümayiş etdiriləcək.
Dünyanın müxtəlif ölkələrindən 125 rəssam sərgidə iştirak edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре