https://news.day.az/azerinews/1390583.html Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq. Day.Az axşam.az-a istinadən bildirir ki, aktyor xərçəngdən əziyyət çəkir. Bu haqda aktyor Müşviq Şahverdiyem məlumat verib. O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq. "Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir.

Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq

Azərbaycanca, 12 октября 2021 10:10 (UTC +04:00) 824
Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktyor xərçəngdən əziyyət çəkir. Bu haqda aktyor Müşviq Şahverdiyem məlumat verib. O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq.

"Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək" deyə, Müşviq bildirib.

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости