"Neftçi" - "Sabah" oyununun ardınca dava düşdü

Premyer Liqamızın 11-ci turunda keçirilən "Neftçi" - "Sabah" oyunu (1:2) başa çatar-çatmaz insident yaşanıb.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum çəkib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, hücumçunun onlara cavab qaytarması səbəb olub.

Tərəfləri çətinliklə sakitləşdiriblər. Bundan sonra isə azarkeşlər "İstefa, istefa!", - deyə şüarlar səsləndiriblər.