Rusiya sülhməramlılarına məxsus "BTR" Xankəndidə dərəyə aşdı

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

Day.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olub, iki nəfərin isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.