“Crocus City Hall” terror aktının qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib
"Crocus City Hall"da törədilən terror aktından sonra ölənlərdən 84 nəfərin kimliyi müəyyənləşdirilib.
Day.Az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, onların arasında beşi 9-16 yaş arası uşaqlar olub. İstintaq Komitəsinə terror aktı nəticəsində qohumların və ya yaxınların itkin düşməsinə dair 143 məlumat daxil olub.
Qeyd edək ki, martın 26-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Crocus City Hall"da baş vermiş terror aktından sonra dağıntıların təmizlənməsini başa çatdırıblar. Ölənlərin ilkin siyahısı dərc edilib - orada 120 şəxs qeyd olunub. Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре