DTX-nin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluqla mübarizədə mühüm töhfə verir

Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir", - deyə Əli Nağıyev bildirib.