“Zığ"da 5 nəfərin ölümü ilə bağlı araşdırma başladı
Baş Prokurorluq "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölməsinə dair məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре