Küveyt Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Day.Az AZƏRTAC-a istinadən xəbər verri ki, məktubda deyilir: 

"Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, münasibətlərimizin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi diləyirik.

Ən xoş arzularla,

Əhməd Abdullah əl-Əhməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri"