https://news.day.az/azerinews/1677795.html
Parlament seçkiləri ilə əlaqədar çap ediləcək seçki bülletenlərinin sayı açıqlanıb
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 516 567 ədəd seçki bülleteni çap ediləcək.Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
Parlament seçkiləri ilə əlaqədar çap ediləcək seçki bülletenlərinin sayı açıqlanıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 516 567 ədəd seçki bülleteni çap ediləcək.
Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
O vurğulayıb ki, seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре