Artıq bulvara keçmək üçün yeraltı keçiddən istifadə məcburi deyil

Paytaxtın Əziz Əliyev - Neftçilər prospektində layihəyə uyğun olaraq piyadalar və velosipedçilər üçün rahat keçid imkanı yaradılıb.

Day.Az xəbər verir ki, bununla da piyadalar Bakı Dənizkənarı Bulvar ərazisinə keçmək üçün yeraltı keçidə düşmək məcburiyyətində olmayacaqlar.

Qeyd edək ki, bu yerdə işıqfor quraşdırılıb və Əziz Əliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.