Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Ağdaşda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 6 ov tüfəngini könüllü polisə təhvil veriblər.