https://news.day.az/azerinews/1721136.html
Bu ölkədə quş qripindən ilk ölüm qeydə alındı
ABŞ-ın Luiziana ştatında H5N1 tipli quş qripindən ilk ölüm hadisəsi baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Məlumata görə, vəfat edən şəxs 65 yaşdan yuxarı olub və yanaşı xəstəliklərdən əziyyət çəkib. O, vəhşi və ev quşları ilə təmasdan sonra virusa yoluxub.
Bu ölkədə quş qripindən ilk ölüm qeydə alındı
ABŞ-ın Luiziana ştatında H5N1 tipli quş qripindən ilk ölüm hadisəsi baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, vəfat edən şəxs 65 yaşdan yuxarı olub və yanaşı xəstəliklərdən əziyyət çəkib. O, vəhşi və ev quşları ilə təmasdan sonra virusa yoluxub.
2024-cü ilin dekabr ayının sonunda ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölkədə quş qripi ilə bağlı ilk ağır halı olan bir xəstədə virusun mutasiyasını aşkar edib. Bu hal Luiziana ştatında yaşayan 65 yaşlı bir şəxsdə qeydə alınmışdı.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре