Türk Mədəniyyəti və İrsi Fondunda Şura toplantısına hazırlıq üçün ekspert səviyyəli iclas keçiriləcək
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında 23-24 yanvar tarixlərində Fondun Şura toplantısına hazırlıq məqsədi ilə 2-ci Ekspert-Səviyyəli İclas keçiriləcək.
Bu barədə Day.Az TurkicWorld-aistinadən xəbər verir.
İclasda təşkilatın 2025-2026-cı illər üzrə fəaliyyət planlarının müzakirəsi, Şura toplantısının gündəliyinin müəyyənləşdirilməsi və Nizamnamə sənədlərinə mümkün dəyişikliklər ətrafında fikir mübadiləsi aparılacaq.
Görüşdə həmçinin mütəxəssislərin müraciətləri, rəy və təklifləri də dinləniləcək.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Fondun nümayəndələri bildiriblər ki, təşkilatın fəaliyyətini daha da zənginləşdirmək və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə hər il bu cür toplantıları davamlı şəkildə təşkil etməyi planlaşdırırlar.
Qeyd edək ki, 24 Mart 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondu ilə "Türk Dünyası" media platforması arasında ortaq tarixi köklərə sahib Türk xalqlarının mədəni irsinin qorunması, beynəlxalq miqyasda təbliği yönündə Fondun fəaliyyətinin tanıdılması və işıqlandırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре